Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağılayıb

603 24-02-2018, 08:01 dunya / gundem

Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağılayıb
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara gələn miqrantları növbəti dəfə aşağılayaraq onları sinədə bəslənilən ilana bənzədib.

Xeberdar.net xarici mətbuata istinadən məlumat verir ki, Ağ Ev rəhbəri ona Amerikanı sevən və işləyən insanların lazım olduğunu bildirib.

Vaşinqtonda islahatçıların qarşısında çıxış edən prezident miqrasiya mövzusuna toxunarkən əmin edib ki, o, ölkəyə gələrək işləyən insanları sevir. Hansılar ki, onlar da amerikalıları sevir, təhlükəsizliklərini və birliklərini istəyirlər.

“Mən istəyirəm ki, bu ölkəyə böyük insanlar gəlsinlər və istəmirəm ki, onlar belə gəlsinlər, necə ki, bunu indi edirlər. Mən töhfə (ölkənin inkişafına -red) verən insanları istəyirəm”, – deyə Tramp bildirib.

O, amerikalıların qanunsuz miqrantların törətdikləri cinayətlərin qurbanı olmasından misallar gətirib. Daha sonra prezident döş cibindən kağız çıxarıb və zala müraciət edib: “Bu “ilan” adlanır və miqrasiya kontekstində bu haqda düşünün”.

Xeberdar.net

XƏBƏR LENTİ