Əfqanıstanda hərbi bazaya hücum:18 hərbçi öldürülüb

Əfqanıstanda hərbi bazaya hücum:18 hərbçi öldürülübƏfqanıstanın cənub-qərbində yerləşən Fərah əyalətində “Taliban” hərəkatının hərbi bazaya hücumu nəticəsində azı 18 hərbçi öldürülüb. Həmçinin silahlılar daha 2 hərbçini əsir götürüblər.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və “Taliban” hərəkatının nəzarətinə keçən hərbi bazanın geri qaytarılması üçün əməliyyatın başlayacağını bildirib.

Bir qədər əvvəl Kabilin mərkəzində və ölkənin cənubundakı Laşqarqah şəhərində baş verən partlayışlar nəticəsində ümumilikdə 3 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması aktiv fəaliyyət göstərir.

Xeberdar.net

Əfqanıstanda hərbi bazaya hücum:18 hərbçi öldürülüb

  • 24-02-2018, 15:41
  • 399


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI