Norveçdə Nobel Sülh Mükafatına namizədlər irəli sürülüb- 112 təşkilat və 217 fiziki şəxs

980 28-02-2018, 12:46 dunya / gundem

Norveçdə Nobel Sülh Mükafatına namizədlər irəli sürülüb- 112 təşkilat və 217 fiziki şəxs
Norveçdə Nobel Sülh Mükafatına namizədlər irəli sürülüb.

Azərtac Norveç Nobel İnstitutuna istinadla xəbər verir ki, 2018-ci il Nobel Sülh Mükafatına 329 namizəd irəli sürülüb. Namizədlərin sırasına 112 təşkilat və 217 fiziki şəxs daxildir.

Hər zaman olduğu kimi, Nobel İnstitutu namizədlərin adı və onların xidmətləri haqqında məlumat vermir. Ənənəyə görə, Nobel İnstitutunun seçmə üsulunu elan edən sənədlər 50 ildən az olmayan bir müddətin sonunda ictimaiyyətin müzakirəsinə verilir.

Qeyd edək ki, Nobel Sülh Mükafatı Oslodakı Nobel Komitəsi tərəfindən sülhün möhkəmləndirilməsi sahəsində göstərilən böyük xidmətlərə görə hər il fiziki şəxslərə və təşkilatlara verilən ən nüfuzlu mükafatdır.

Nobel mükafatının təsisçisi Alfred Nobelin vəsiyyətinə görə, beş nominasiya üzrə yaradılan mükafatın dördü Stokholmda verilir. Bu mükafatlar fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat sahələri, həmçinin 1969-cu ildə İsveç Bankının təşəbbüsü ilə Alfred Nobelin xatirəsinə təsis olunmuş və qeyri-rəsmi olaraq İqtisadiyyat üzrə Nobel Mükafatı adlanan iqtisad elmləri üzrə verilir.

Nobel Sülh Mükafatı isə Alfred Nobelin vəsiyyətinə uyğun olaraq dünyada sülhün bərqərar olmasında xidmətlərinə görə Norveçdə verilir.

Mükafatın laureatlarının adları oktyabr ayı ərzində keçirilən xüsusi tədbirlərdə açıqlanır. Laureatlara mükafatların təqdim olunması mərasimi isə bir qayda olaraq dekabrın 10-da – mükafatın təsisçisinin vəfatı günü Stokholm və Osloda keçirilir. 2017-ci ildə hər bir Nobel mükafatının məbləğı 9 milyon İsveç kronu (təqribən 1,1 milyon dollar) təşkil edib.

XƏBƏR LENTİ