"Göyçay rayon icra başçısının hərəkətlərindən artıq intihar həddindəyik"

1 894 28-02-2018, 13:04 bolge / gundem

"Göyçay rayon icra başçısının hərəkətlərindən artıq intihar həddindəyik"
Ötən gün Conflict.az-ın elektron poçtuna bir qrup Göyçay rayon sakinləri tərəfindən göndərilən Şikayət məktubu daxil olub. Məktubda deyilir:
- Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin özbaşınalığından cana doymuş insanlar artıq intihar həddindəyik. Çinarı və narı ilə dünyada şöhrət tapan Göyçayda yüzlərlə yaşı olan çinarları Mehdi Səlimzadə kütləvi şəkildə kəsdirib rayonu xarabaya çevirir. Məqsəd ağacları kəsdirib ərazini satmaq və özü üçün ticarət mərkəzləri, bazarlar açmaqdır. Göyçay şəhərinin Rəsulzadə küçəsində yerləşən musiqi məktəbini və uşaq bağçasını sökdürən Mehdi Səlimzadə yerində mənzilləri satmaq üçün hündürmərtəbəli bina tikdirir.
.Mehdi Səlimzadə özünə məxsus Təzə Bazarın ərazisini genişləndirmək üçün yaxınlıqdakı 100-200 yaşı olan böyük çinar ağaclarını bir gecədə kəsdirib. Mehdi Səlimzadə kənd icra nümayəndələrini və bələdiyyə sədrlərini də bezdirib. Artıq 16 kəndin icra nümayəndəsi və bir o qədərdə bələdiyyə sədri tutduğu vəzifədən çıxmaq üçün ərizə yazaraq icra başçısma təqdim ediblər. İcra başçısı onlara işdən çıxacaqları təqdirdə evlərinə yox, “türməyə gedəcəksiniz” – deyərək həbslə hədələyib. 5 gün əvvəl İcra hakimiyyətində keçirilən iclasda bələdiyyə sədrinin telefonu yadından çıxıb zalda oturacağın üzərində qalıb. Telefonu icra başçısının qardaşı oğlu kadrlar şöbəsinin müdiri Səməd Cəbrayılov götürüb. İclasdan sonra bələdiyyə sədri telefonunu tapmaq üçün başqa telefonla öz nömrəsinə zəng edib. Telefonunun Səməd Cəbrayılovda olduğunu bilib onun iş otağına gəlib çox sağ ol qardaş deyərək minnətdarlığını bildirir. Səməd Cəbrayılov isə onun üstünə qışqırırb "qardaş nədi ə, Səməd müəllim deməli idin" deyə bildirib. bildirib.
"Göyçay rayon icra başçısının hərəkətlərindən artıq intihar həddindəyik"
Qeyd edək ki, Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılov İcra hakimiyətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir. Mehdi Səlimzadə Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər Səmədi Göyçayda hamı qəssab kimi tanıyırdı. Əmisinin icra başçısı təyinatından sonra Səməd Cəbrayılov Göyçay Gənclər Mərkəzinin müdiri sonra isə İcra hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirildi. Orta məktəbi güclə oxuyan Səməd Cəbrayılov latın əlifbası ilə adını belə yaza bilmir. Göyçayılıar Səmədin vəzifəyə təyinatını heyrət və gülüşlə qarşıladılar. İndi Səmədin başı anacq Təzə Bazarın ərazisini genişləndirmək üçün yaxınlıqdakı yaşıl və qiymətli ağacları kütləvi şəkildə qırdırmaqa qarışıb. Səmədin qardaşı Əlini isə hamı ruhi xəstə kimi tanıyırdı ki, indi o da Göyçay bələdiyyəsini və şəhər sovetliyini formal olaraq idarə edir. Artıq Göyçayda ona hamı mer - qorod deyir. Göyçay Avtonəqliyyat MMC-nin şəhərin Nizami küçəsinə açılan iki qapısını əhalinin təhlükəsizliyinin təmin edilməsi adı ilə bağlatdıran Mehdi Səlimzadə sonradan paralel küçədə açdığı Təzə Bazara 3 böyük qapı açdırıb. Bu isə əhalinin həyatına həqiqətən ciddi təhlükə yaradıb. Həttda Təzə Bazarın qarşısnda böyük yolda saatlarla tıxac yaranır. Təzə Bazar fəaliyyətə başlayandan orada iki piyadanı avtomobil vurub öldürüb, dəfələrlə avtomobil qəzaları baş verib.

Azərbaycanda bütün rayonlarda hal – hazırda icra başçısları prezident seçkiləri ilə məşğul olduqları halda Göyçayda Mehdi Səlimzdənin başı bazar açmağa, qiymətli ağacları kəsdirməyə, buna tikdirməyə, idarə-müəssisə rəhbərlərini soymağa qarşıb. Göyçay sakinlərini bir suala cavab tapmaq istəyirlər ki, Mehdi Səlimzadəni bura icra başçsı vəzifəsinə təyin ediblər, yoxsa bazara müdir? Hörmətli Prezident cənab İlham Əliyevdən xahiş edirik Mehdi Səlimzadənin əməllərini araşdırb onun barəsində tədbir görəsiniz.

Əliyev Cabir Saday oğlu
Qasımov Əlövsət Nizami oğlu
Yaqubova Sona Ağalar qızı
Məmmədova Laləzar Tapdıq qızı Xanlarov Fuad Paşa oğlu

Xeberdar.net

"Göyçay rayon icra başçısının hərəkətlərindən artıq intihar həddindəyik"

XƏBƏR LENTİ