Qəzaya uğrayan Türkiyə təyyarəsində məşhur iş adamının qızı və rəfiqələri olub:"Bal ayından dönürmüşlər" + FOTO

831 11-03-2018, 22:32 dunya / gundem

Qəzaya uğrayan Türkiyə təyyarəsində məşhur iş adamının qızı və rəfiqələri olub:"Bal ayından dönürmüşlər" + FOTO
Xəbər verdiyimiz kimi, Türkiyənin "Başaran Holding"ə məxsus olan 12 nəfərlik xüsusi təyyarəsi İran ərazisində dağa çırpılıb. Nəticədə içindəki 11 nəfər (8 sərnişin, 2 ekipaj, 1 personal" həlak olublar.

xeberdar.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada ölən 8 sərnişinlərin arasında "Başaran" şirkətinin sahibinin qızı da var:

"Hüseyn Başaranın istirahət üçün Dubaya xüsusi təyyərə ilə gedən qızı orada yeni evliliyini (bal ayını) qeyd edib. 7 nəfər dostları ilə birlikdə atasının şirkətinə məxsus olan özəl təyyarə ilə İstanbula geri dönən Mina Başaran və rəfiqələri belə faciə ilə həyatlarını itirib".

Məlumata görə, qida, turizm, yaxtaçılıq, inşaat və enerji sahələri üzrə biznesi olan Hüseyn Başaranın qızı Mina Başaran Koç Üniversitetini bitirib. O, həmçinin "European Business School"da yüksək idarətemə üzrə magistr təhsili də alıbmış…

Xeberdar.net

XƏBƏR LENTİ