Avropa Komissiyası viza rüsumunu artırır – Azərbaycan vətəndaşlarına təsir edəcək?

586 14-03-2018, 17:23 gundem

Avropa Komissiyası viza rüsumunu artırır – Azərbaycan vətəndaşlarına təsir edəcək?
Avropa Komissiyasının təklif etdiyi Şengen zonasının ümumi viza məcəlləsinə dəyişikliklər Azərbaycan vətəndaşları üçün viza rüsumunun dəyərinə təsir etməyəcək.

Trend-in məlumatına görə, Avropa Komissiyası üçüncü ölkə vətəndaşları üçün viza rüsumunun 20 avro artırılaraq 80 avroya çatdırılması barədə qərar qəbul edib.

Bununla belə qeyd olunur ki, artım 35 avro həcmindəki rüsumlara şamil olunmayacaq:

“Rüsum artırılması barədə qərar Avropa İttifaqı ilə Rusiya, Ermənistan və Azərbaycan kimi ölkələrlə imzalanmış sadələşdirilmiş viza rejimi barədə sazişlərə təsir etməyəcək”.

Xeberdar.net

XƏBƏR LENTİ