Sarkozi ilə bərabər, keçmiş nazir də saxlanılıb –48 saat sonra barələrində qərar veriləcək

753 20-03-2018, 23:28 dunya / gundem

Sarkozi ilə bərabər, keçmiş nazir də saxlanılıb –48 saat sonra barələrində qərar veriləcək
Fransanın keçmiş prezidenti Nikola Sarkozi ilə bərabər onun hakimiyyəti dönəmində bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb.

Bu barədə "Frans Press" agentliyi məlumat yayıb. Onların hər ikisinin eyni ittihamla saxlanıldığı bildirilib.

Fransa qanunvericiliyinə əsasən, N.Sarkozi 48 saata qədər saxlana bilər. Bu müddətdən sonra isə ya ona qarşı ittiham irəli sürülməli, ya da azadlığa buraxılmalıdır.

XƏBƏR LENTİ