Türkiyə Münbiçi silahsız alacaq

653 28-03-2018, 12:52 dunya / gundem

Türkiyə Münbiçi silahsız alacaqTürkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun 2 ayda Suriyanın Afrin bölgəsində nəzarəti ələ keçirməsindən sonra diqqət Münbiçə yönəlib.

Moderator.az xəbər verir ki, Afrindən sonra sıranın Münbiçə gələcəyini bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı əsgərlərin bu bölgədən çıxmasını və Türkiyənin bölgəyə girərək Münbiçi həqiqi sahiblərinə təslim edəcəyini bildirmişdi.

Türkiyənin Münbiçə son dərəcə iddialı yanaşması ABŞ-ın bölgədəki səlahiyyətli şəxslərini ciddi addım atmağa sövq edib.

Onlar PYD-YPG terror təşkilatı ilə Münbiçdəki bir anbarda toplantı edib. Toplantıda Münbiçin Azad Suriya Ordusuna təslim edilməsinə dair qərar qəbul edildiyi iddia edilir. Eyni zamanda, müəyyən yerlərdə ABŞ-a aid nöqtələrin olması da qərara alınıb.

Xeberdar.net

XƏBƏR LENTİ