Türkiyə MİT-i xaricdə əməliyyat keçirib – 6 FETÖ-çü ölkəyə gətirilib

785 29-03-2018, 14:55 dunya

Türkiyə MİT-i xaricdə əməliyyat keçirib – 6 FETÖ-çü ölkəyə gətirilib
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı xaricdə xüsusi əməliyyat keçirib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror qruplaşmasının Balkan qolunun rəhbərlərindən 6 nəfər tutularaq Türkiyəyə gətirilib.

Məlumata görə, əməliyyat Kosovo kəşfiyyat qurumu ilə əməkdaşlıq nəticəsində gerçəkləşib. FETÖ-çülər Ədliyyə Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları həmin 6 nəfər barəsində axtarış elan etmişdi.

Xeberdar.net

XƏBƏR LENTİ