1 manata görə oğul atasını baltaladı – Məhkəmə

651 15-04-2018, 10:47 kriminal

1 manata görə oğul atasını baltaladı – Məhkəmə
Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb… Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 3-də Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi, ev 22 ünvanında baş verib. Q.Cahangirov aralarında baş verən dava zamanı 70 yaşlı atası Arif Cahangirovu xüsusi amansızlıqla qətlə yetirib. Baş və bədən nahiyələrindən ağır xəsarətlər alan yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İttihama görə, qətl hadisəsinə sərxoş vəziyyətdə olan Qadirin yenidən spirtli içki almaq üçün arvadından 1 manat pul istəməsi səbəb olub. Arvadının pul verməməsindən əsəbləşən ər evdəki əşyaları sındırıb. Səs-küyə gələn, oğlunu sakitləşdirməyə çalışan Arif Cahangirov Qadirin balta zərbələrinə tuş gəlib.

Törətdiyi cinayət əməlinə görə Q.Cahangirova Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

XƏBƏR LENTİ