Sabah bəzi yerlərdə 21 dərəcə isti olacaq

522 15-04-2018, 21:52 cemiyyet

 Sabah bəzi yerlərdə 21 dərəcə isti olacaq
Azərbaycan ərazisində aprelin 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeberdar.net-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti təşkil edəcək.

XƏBƏR LENTİ