İlham Əliyev Corc Buşa başsağlığı verdi

572 19-04-2018, 15:07 dunya

İlham Əliyev Corc Buşa başsağlığı verdi
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti Corc Herbert Uoker Buşa həyat yoldaşı Barbara Buşun vəfatı ilə əlaqədar başsağlığı verib.


Xeberdar.net-in məlumatına görə, başsağlığı məktubunda deyilir:


"Zati-aliləri,

Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

XƏBƏR LENTİ