RAMİZ MEHDİYEVDƏN MİQRASİYANIN SABİQ RƏİSİNƏ ŞOK İTTİHAMLAR – VİDEO

1 094 24-04-2018, 23:33 gundem / video

RAMİZ MEHDİYEVDƏN MİQRASİYANIN SABİQ RƏİSİNƏ ŞOK İTTİHAMLAR – VİDEO
Ramiz Mehdiyev: “Rüşvətxorluğa son qoyulmalıdır”
“Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”. “AzPolitika.info” ATV-yə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən deyib.

Prezident Administrasiyasının rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin DMX-nın fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb: “Möhtərəm Prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamlıdır ki, sabah eyni hallar baş versin və aidiyyatı insanlar məsuliyyətə cəlb edilsin.

Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisini dəyişib. İlham Əliyev Firudin Nəbiyevi bu vəzifədən uzaqlaşdırıb.

Prezident Administrasiyasının çıxışından belə məlum olur ki, Firudin Nəbiyevin vəzifəsindən çıxarılması Dövlət Miqrasiya Xidmətində baş verən rüşvətxorluqla bağlı olub. Ramiz Mehdiyevin sözləri, yeni rəisin Dövlət Miqrasiya Xidmətində ciddi “təmizlik” aparacağından xəbər verir
RAMİZ MEHDİYEVDƏN MİQRASİYANIN SABİQ RƏİSİNƏ ŞOK İTTİHAMLAR – VİDEO
Firudin Nəbiyev

Eyni zamanfa Dövlət Miqrasiya Xidmətin sabiq rəisi Firudin Nəbiyevlə bağlı cinayət işinin açılması, onun məsuliyyətə cəlb olunması da istisna deyil.


XƏBƏR LENTİ