"Sağlığında heykəlləşən -Elxan Məmmədli" adlı tədbir keçirilib-Foto

916 28-04-2018, 21:52 cemiyyet / gundem

"Sağlığında heykəlləşən -Elxan Məmmədli" adlı tədbir keçirilib-Foto

Aprelin 28-də Borçalı Cəmiyyətinin ofisində "Sağlığında heykəlləşənlər" layihəsi çərçivəsində tanınmış folklorşünas alim, Borçalı Elinin və bütünlükdə Türk Dünyasının görkəmli ziyalılarıından olan Elxan Məmmədli ilə görüş keçirilib .
Görüşün aparıcısı Borçalı Cəmiyyəti İH-nin üzvü Salman Murğuzlunun Elxan Məmmədli şəxsiyyəti haqda giriş nitqindən sonra söz Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Z. Məmmədli Borçalı Cəmiyyətinin artıq ikinci ildir davam edən "Sağlığında heykəlləşənlər" layihəsi haqda qısa məlumat verdikdən sonra Elxan Məmmədli haqda ürək sözlərini təqdir iştirakçıları ilə bölüşüb . Zəlimxan bəy çıxışının sonunda Cəmiyyət adından xüsusi xatirə hədiyyəsini Elxan Məmmədliyə təqdim edib. Daha sonra tədbir iştirakçıları Elxan Məmmədli haqda öz düşüncələrini bölüşüblər. Görkəmli şair və diplomat Abbas Abdulla, professor Telman Əliyev, şair jurnalist Qiymət Məhərrəmli , Borçalı Elinin tanınmış ziyalısı Hüseyn Artıkoğlu,şair Qoya Pasxataşvili, tarixçi alim Anar Ömərli, Borçalı Cəmiyyətinin İH üzvləri Sabir Aşurov, Mahmud Hümmətov, Nazim Musayev, Rüfət Muradlı, şair Elbəyi Cəlaloğlu, "Cəmiyyətin" fəallarından Mustafa Vəliyev, Akif Nəsibov və başqaları çıxış edərək Elxan Məmmədli haqda düşüncələrini ifadə edib "Sağlığında heykəlləşən"ə can sağlığı və yeni yaradıcılıq uğurları dilədilər. Borçalı Aşıq Məktəbinin tanınmış simaları Aşıq Əşrəf və Aşıq Tərmeyxan da öz ifaları ilə tədbirə xüsusi anlam bəxş ediblər. Çıxışların sojunda söz alan Elxan Məmmədli bütün iştirakçılara təşəkkür edərək öz həyat yolu haqda danışıb və xatirələrini bölüşüb.
Borçalı Cəmiyyətinin "Sağlığında heykəlləşənlər" layihə çərçivəsində Elxan Məmmədliyə həsr olunmuş tədbiri sədr Zəlimxan Məmmədlinin çıxışı ilə sona çatıb.

xeberdar.net

XƏBƏR LENTİ