Axtarışda olan daha 26 nəfər saxlanıldı

862 30-04-2018, 10:17 kriminal

Axtarışda olan daha 26 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi aprelin 28-dən 30-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
Nazirlikdən Xeberdar.net-ə bildirilib ki, ötən gün daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində 155 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

xeberdar.net

XƏBƏR LENTİ