Nazim və onun Gürcüstan qolu....qorxuludur

952 4-05-2018, 22:50 siyaset / gundem

Nazim və onun Gürcüstan qolu....qorxuludur

Nazim İbrahimov getdi. Yola salınması yaddaqalan oldu.Dedilər nəfsin tox, əlin təmiz olmayıb. Bunu elə belə birisi yox, boz kardinal kimi tanınan Ramiz Mehdiyev dedi. Doğru dedi. Bizim də xeyli bilgilərimiz var. Onun istər Avropa, Rusiya, Türkiyə, eləcə də Gürcüstan əli araşdırılmalıdır. Bu bölgələrdə, onun əli olan məkanda onun adı milli maraqlarımıza ziyan verən, bölüb parçalayan, üz-üzə qoyan, qurulunu dağıdan, qaranlıq maliyyə maxinasiyaları ilə xatırlanır və xatırlanacaqdır. Birbaşa məşğul olduğum Gürcüstan xətti xüsusilə rüsvayçı bir rolda və imicdədir. Gümün edirəm ki, Azərbaycan üçün strateji mahiyyət daşıyan Gürcüstan qolu ciddiliyi ilə araşdırılmalıdır. Onun Gürsüstan izinin uzun zaman utanc yerimiz olacağına şübhəm yoxdr. Çünki seçdiyi personalar, apardıqları "siyasət", ayırdıqları və ya yedikləri və ya yedirtdikləri paralar Ramiz Mehdiyev cənablarının da iddia etdiyi kimi təyinatı üzrə getməyib. Azərbaycanın milli maraqları, soydaşlarımızın mənafeləri,əksər milli layihələr, Elat bayramı kimi möhtəşəm dostluq bayramı, milli yönümlü layihələr məhz o və onun şəbəkəsi tərəfindən basqılara məruz qalmış, özümüzü-özümüzün əli ilə içəridən didən mexanizmə çevrilmişdir. O komanda qorxuludur, dəyərləri təhdid etməkdədir. Bu şəbəkə donunu dəyişərək yeni Kolmitə rəhbərliyinin qılığına girərlərsə, xamilyonluq yaparlarsa daha rüsvayçı sonluq qaçılmazdır. Fikrimcə Nazimin barmağı və onun Gürcüstan şəbəkəsi buxovlanmalı, milli layihələrdən tamamilə kənarlaşdırılmalı, Borçalı türkünün gerçək mahiyyətinə uyğun kişilərdən ibarət sağlam, mənən zəngin, Gürcüstan - Azərbaycan dostluğuna sadiq, soydaşımın daim yanında olan komanda formalaşdırılmalıdır. Onda uğura ümid edə bilərik. Ümumiyyətlə ayıb yerlərimizin hamısını hamı, həm də dövlət başçısı bilir. Ayıb yerlərimiz qalmamalıdır.

Zəlimxan Məmmədli

XƏBƏR LENTİ