PREZİDENT 634 NƏFƏRİ ƏFV ETDİ – 12 siyasi məhbus da əfv olunub + ADLAR

620 24-05-2018, 17:18 cemiyyet

PREZİDENT 634 NƏFƏRİ ƏFV ETDİ – 12 siyasi məhbus da əfv olunub + ADLAR
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.
Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Sərəncam 634 nəfərə şamil edilib. İlkin məlumata görə, 12 siyasi məhbusun adı əfv sərəncamına düşüb. Əlavə məlumatlar veriləcək.

***

Prezident İlham Əliyevin 24 mayda əfv etdiyi 634 nəfər içərisində adları siyasi dustaq siyahılarında keçənlər də var. Musavat.com onlardan bir qrupunu təqdim edir:

Abdullayev Valeh (2012 “Eurovision” işi)
Babayev Nadir (Tale Bağırzadə və Nardaran işi )
Qasımov Əliağa (Nardaran işi)
Cabbarov Hilal (Nardaran)
Qurbanov Ələkbər (Nardaran)
Şahbazov Fail (Nardaran)
Şahbazov Natiq (Nardaran)
Quliyev Məhəmməd (Nardaran)
Kərimov David (Hicab məhbusu)
Rzayev Elşad (Hicab məhbusu)
Fərəcov Elmin (Neftçala, AXCP üzvü)
Şəkərov Saday (yazıçı).

Əfv sərəncamının icrasına sabahdan başlanacaq. Qeyd edək ki, İlqar Məmmədov, Əli İnsanov və başqa tanınmış siyasi məhbuslardan heç birinin adı əfv siyahısında yoxdur.

XƏBƏR LENTİ