Cəbhədə erməni təxribatı – Taxıl sahəsində işləyən kombayn atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.

Xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Xeberdar.net

Cəbhədə erməni təxribatı – Taxıl sahəsində işləyən kombayn atəşə tutuldu

  • 29-05-2018, 11:29
  • 463


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI