İmişlidə hələ də tikilməkdə olan "ASAN xidmət"ə işçi yeri artıq dolub..?

1 022 11-06-2018, 12:01 bolge / gundem

İmişlidə hələ də tikilməkdə olan "ASAN xidmət"ə işçi yeri artıq dolub..?
"ASAN xidmət" göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq mümkündür."
Bu sözlərin müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir. "Şəkidə və İmişlidə mərkəzlərin tikintisi başlanacaq." Bu ölkə Prezidentinin əyalət insanının probleminə kompleks yanaşmasıdır. Dövlət başçısının "ASAN xidmət" projesi illərdir ki, uğurla davam edir. Xatırladaq ki, cənab Prezidentin tapşırığına əsasən 2018-ci ildə 10 belə mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulub. Və onu da qeyd edək ki, yuxarıda qeyd edildiyi kimi həmin mərkəzlərdən biri də məhz İmişli rayonunda fəalliyyət göstərəcək. İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumata görə rayondakı ASAN xidmət mərkəzi hələ tikilməkdə olsa da, istifadəyə verilməmiş qurumda çalışmaq üçün artıq boş yer yoxdur.
İmişlidə hələ də tikilməkdə olan "ASAN xidmət"ə işçi yeri artıq dolub..?Mənbənin bildirdiyə görə nə qədər qəribə olsa da, ASAN xidmət üçün kollektivin formalaşdırılması RİHB-nin I müavini Səfa Ağayevə həvalə olunubmuş. I müavin isə məsələni o qədər sürətlə həll edib ki, tikilməkdə olan qurumda işləmək üçün artıq hər hansı vakansiya yoxdur. Məlumatı verən mənbə bildirdi ki, paytaxta təcrübə üçün göndərilən gənclərin seçilməsi proseduru da, geniş ictimaiyyətin dqqətinə çatdırılmayıb.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

XƏBƏR LENTİ