Məsciddən pulla dolu seyfi oğurladılar - Rəsmi

698 13-06-2018, 08:21 kriminal

Məsciddən pulla dolu seyfi oğurladılar - Rəsmi
Naməlum şəxslər Qazaxıstanın Almatı vilayətinin rayonlarından birindəki məsciddən pulla dolu seyfi oğurlayıblar.

Xeberdar.net Rusiya mediasına istinadla yazır ki, bu haqda Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almas Sadubayev xəbər verib. Onun sözlərinə görə, bununla bağlı Kerbulaq rayonunun Daxili İşlər şöbəsinə rayon mərkəzi məscidinin imamı müraciət edib. Naməlum şəxslər müsəlman ibadətgahından içərisində 400 min tenqe(təxm. 1200 dollar) və sənədlər olan seyfi aparıblar. Şübhəlilərin yaxalanmasıyla bağlı axtarış tədbirləri aparılır.


Xeberdar.net

XƏBƏR LENTİ