Üçüncü ölkələrin Silahlı Qüvvələrinin gəmiləri Xəzərə buraxılmayacaq

Üçüncü ölkələrin Silahlı Qüvvələrinin gəmiləri Xəzərə buraxılmayacaq
Xəzəryanı dövlətlər Xəzər dənizində üçüncü ölkələrin Silahlı Qüvvələrinin mövcudluğunun qarşısının alınması barədə razılığa gəlib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsində deyilir.

Konvensiya layihəsinin 3-cü maddəsində göstərildiyi kimi, tərəflərin Xəzər dənizindəki fəaliyyəti qəbul edilmiş prinsiplər, o cümlədən Xəzər dənizinə tərəflərə aid olmayan Silahlı Qüvvələrin buraxılmaması prinsipi əsasında olacaq.

Bundan əlavə, “beşliy”in fəaliyyəti Xəzər dənizində gəmilərin yalnız tərəflərin hər birinini bayrağı altında hərəkət etmək prinsipinə əsaslanmalıdır.

Beş Xəzəryanı dövlət həmçinin tərəflərdən hansısa birinə məxsus hərbi gəmilər, sualtı gəmilər və digər nəqliyyat vasitələrinin ərazi suları ilə hərəkət edərkən digər tərəfin ərazi sularında limana yanaşmaq və lövbər salmaq hüququnun olmaması ilə bağlı razılıq əldə ediblər. İstisna kimi buna müvafiq icazənin olduğu və ya fövqəladə hallar, qəza ilə üzləşən şəxslərə, dəniz və hava gəmilərinə yardım göstərilməsi halları qeyd edilib.

Üçüncü ölkələrin Silahlı Qüvvələrinin gəmiləri Xəzərə buraxılmayacaq

  • 25-06-2018, 11:56
  • 423


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI