Sürücülərin diqqətinə: azvtomobillərin texniki baxışı ilə bağlı YENİLİK edildi

797 29-06-2018, 14:53 cemiyyet

Sürücülərin diqqətinə: azvtomobillərin texniki baxışı ilə bağlı YENİLİK edildi
Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə dəyişiklik edib.

“Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə görə, bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indiyə kimi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər).

Eyni zamanda, qanunda texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq.

Texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə yalnız sürücü cərimələnəcək. Buna görə vəzifəli şəxsin və hüquqi şəxsin məsuliyyəti ləğv olunur.(Modern.az)

XƏBƏR LENTİ