Usta bina tikintisi zamanı 3-cü mərtəbədən yerə yıxılıb

1 056 7-07-2018, 10:09 cemiyyet

Usta bina tikintisi zamanı 3-cü mərtəbədən yerə yıxılıb
Bakının Nəsimi rayonunda tikinti zamanı bədbəxt hadisə baş verib.

Bəşir Səfəroğlu küçəsi, 144 ünvanında inşa edilməkdə olan binanın üçüncü mərtəbəsində usta kimi işləyən 1989-cu il təvəllüdlü Allahverdiyev Alik Sabir oğlu ehtiyatsızlıqdan yerə yıxılıb. Bu darə xeberdar.net-ə hadisə yerində olan şahidlər məlumat veriblər.
Şahidlərin məlumatına görə,ustanın yıxılmasına təhlükəsizlik tədbirlərinin görülməməsi səbəb olub.
O, ağır vəziyyətdə xəstəxanaya qaldırılıb.

Hadisə yerinə hüquq mühafizə orqanları gəlib və araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ