FETÖ-nün Azərbaycan üzrə “kassiri” həbs edildi –Bakıda xüsusi əməliyyat (FOTO)

758 12-07-2018, 17:27 dunya

FETÖ-nün Azərbaycan üzrə “kassiri” həbs edildi –Bakıda xüsusi əməliyyat (FOTO)
Bakıda FETÖ-nün “Azərbaycan kassası” həbs edilərək, xüsusi təyyarə ilə Türkiyəyə aparılıb.

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) FETÖ üzvlərinə qarşı həyata keçirilən əməliyyat nəticəsində, terror təşkilatının “Azərbaycan kassası” ilə Mersində FETÖ-ya bağlı iş adamlarının imamlığını edən iki şəxs xarici ölkələrdə həbs edilərək Türkiyəyə aparılıb.

Avropa.info xəbər verir ki, FETÖ üzvləri İsa Özdəmir Azərbaycanda, Salih Zeki Yığit isə Ukraynada həbs edilib.

Onlar xüsusi təyyarə reysi ilə İstanbula aparılıb.

FETÖ üzvü İsa Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Bu şəxs bir müddət Azərbaycanda FETÖ-nün xüsusi işlər məsələsinə baxıb. O daha sonra FETÖ-nün “Azərbaycan kassası” kimi fəaliyyət göstərib. O, Bakıda inşaat sektorunda çalışıb və “Avro-2000” firmasının sahibi olub.

XƏBƏR LENTİ