Azərbaycanda iki qadın insan alverinə görə axtarışa verildi

1 042 15-07-2018, 13:01 kriminal

Azərbaycanda iki qadın insan alverinə görə axtarışa verildi
Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsi 2 qadını axtarışa verib.

Xeberdar.net məlumat verir ki, Gəncə sakini, 26 yaşlı Hüseynova Günel Bəylər qızı və Sumqayıt sakini, 32 yaşlı Seyfullayeva Günay Rasim qızı Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə şübhəli bilinərək barələrində axtarış elan edilib.

Hazırda həmcinslərini cinsi istismara cəlb edən bu şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

XƏBƏR LENTİ