Məktəbin kompüter və printerini oğurladılar

837 23-07-2018, 14:46 kriminal

Məktəbin kompüter və printerini oğurladılar
Bakıda məktəbdən oğuluq edən şəxslər tutulub.

Xeberdar.net-in DİN-in saytına istinadən məlumatına görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki tam orta məktəblərin birindən kompüter və printer oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə və Əvəz Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ