Kitab təqdimatı keçiriləcək-"Eşqin şəhidi"

1 105 1-08-2018, 23:10 cemiyyet

Kitab təqdimatı keçiriləcək-"Eşqin şəhidi"Avqustun 11-də saat 17:00 Azərkitab – Kitab Təbliğatı Mərkəzində kitab təqdimatı keçiriləcək.

Xeberdar.net məlumat verir ki, kitabın müəllifi ilahiyyatçı- yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İrfandır.

Kitab öz qanları ilə Azərbaycan tarixinə böyük iz qoyan Aprel Qəhrəmanlarına, xüsusən, şəhid gizir Elimdar Səfərova həsr olunub. Mərhum haqqında yazılmış “Eşqin şəhidi” adlı sənədli – bədii romandır.

Təqdimata din xadimləri, ziyalı şəxslər, mətbuat nümayəndələri, eləcə də Elmidar Səfərovun ailə üzvləri, yaxınları və şəhidin döyüş yoldaşları dəvət olunub.

Maraqlananlar iştirak edə bilərlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.

xeberdar.net

XƏBƏR LENTİ