Goranboy sakini güllələndi

692 2-08-2018, 10:03 kriminal

Goranboy sakini güllələndiGoranboyda güllələnmə olub. Hadisə rayonun Hazırəhmədli kəndində baş verib.

Kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu qarın nahiyəsinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. E. Rəfiyevin kim tərəfindən güllələndiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)

XƏBƏR LENTİ