Nazirlik karxana sahiblərinə xəbərdarlıq etdi:"Vəziyyət acınacaqlıdır"

636 3-08-2018, 12:07 cemiyyet

Nazirlik karxana sahiblərinə xəbərdarlıq etdi:"Vəziyyət acınacaqlıdır"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Səhmdar Cəmiyyətinə məxsus 11 daş karxanasında atmosfer havasında olan toz miqdarını müəyyən etmək məqsədilə monitorinqlər keçirib.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında ETSN-in Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev deyib.

Onun sözlərinə görə, monitorinqin nəticələrinə əsasən həmin ərazilərdə fəaliyyət göstərən bəzi karxanalarda tozun miqdarı 10-15, bəzilərində isə 25-30 dəfə normadan artıq müəyyən edilib: “Bu karxanalarda vəziyyət acınacaqlıdır. Dəzgahlar olduqca köhnədir. Orada işləyən fəhlələr qoruyucu nəfəsliklərdən istifadə etmirlər. Bununla bağlı həmin karxana sahiblərinə xəbərdarlıq edildi. Əks təqdirdə, onlar barədə qanunvericiliyə uyğun tədbir görüləcək”.

Xeberdar.net

XƏBƏR LENTİ