ATV-nin keçmiş prezidenti həbs edildi

ATV-nin keçmiş prezidenti həbs edildiDiasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib.

Xeberdar.net məlumat verir ki,"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.Qeyd edək ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Xeberdar.net

ATV-nin keçmiş prezidenti həbs edildi

  • 3-08-2018, 12:21
  • 306


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq"- HÜRRÜ ƏLİYEV
  2. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  3. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  4. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  5. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  6. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi məlum olub
  9. Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
  10. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI