Üç badə yoldaşı 25 yaşlı sərxoş qızı ZORLAYIB 3-CÜ MƏRTƏBƏDƏN ATDI...

616 9-08-2018, 11:00 dunya

Üç badə yoldaşı 25 yaşlı sərxoş qızı ZORLAYIB 3-CÜ MƏRTƏBƏDƏN ATDI...Bu, nəinki kişilərin, qız-gəlinlərin belə, alkoqol qəbul etməsinə, naməhrəmlə görüşünə təbii baxanlar üçün növbəti ibrət dərsidir...

Sankt-Peterburqda polis Özbəkistan vətəndaşı olan 25 yaşlı qızın qrup halında zorlanması və ağır xəsarətlərə məruz qalması ilə bağlı şübhəli bilinən üç kişini həbs edib.

Moderator.az-ın yerli mediaya istinadla verdiyi xəbərdə bildirilir ki, saxlanılanlar da öz qurbanları kimi Özbəkistan vətəndaşlarıdır. Təqsirləndirilənlərindən ən gəncinin 19, digər ikisinin isə 25 yaşı var. Olay avqustun 4-də Sankt-Peterburqda - Bolşeviklər prospektindəki “Ağ gecələr” otelində baş verib. Çox güman ki, təcavüzdən öncə qız onu zorlayan kişilərlə birlikdə spirtli içki qəbul edib. Bununla belə, qızın zorla otel otağına salınması da istisna edilmir. Badə yoldaşları onu zorladıqdan sonra üçüncü mərtəbədən aşağı atıblar.

25 yaşlı özbək qız ağır vəziyyətdə otelin pəncərələri altında tapılıb. Hazırda həkimlər onun həyatının xilası üçün mübarizə aparırlar. Olayla bağlı cinayət işi açılıb.

P.S. Bu, nəinki kişilərin, qız-gəlinlərin belə, alkoqollu içki qəbul etməsinə, naməhrəmlərlə görüşməsinə adi hal kimi baxanlar üçün növbəti ibrət dərsidir...

XƏBƏR LENTİ