Tovuz rayonunda uşaq bağçaları kartof yığımına görə bağlanıb,ayrılan vəsait isə mənimsənir-şok iddia

1 106 18-08-2018, 19:00 bolge / gundem

Tovuz rayonunda uşaq  bağçaları kartof yığımına görə bağlanıb,ayrılan vəsait isə mənimsənir-şok iddiaÖvladlarımızın həyata hazırlığı məhz ilk olaraq uşaq bağçalarından başlayır. Bağçalarda körpələrə ilk hərif, ilk rəqəm öyrədilir. Vətən anlayışı, duyğularla dolu səlnamələr, mərdlik,xeyirxahlıq, qəhrəmanlıq dastanlarımızı tərənnüm edən nağıllar elə bu yaşlardan övladlarımıza müəllimələri tərəfindən aşılanır. Bütün bunlar reallıq olsa da, reallığa kölgə salıb öz bildiyini edənlər, məhz elə bu tərbiyə ocaqlarını bağlayanlar ver. Hər bir addımın ilki olduğu kimi qanunsuzluqların da ilki çox zaman elə bağçalardan başlanır. Bakunews.az Tovuz rayonunda olan bağçalarla bağlı məlumat daxil olub.

Məlumat görə,Tovuz rayonunda bağçalar özlərinə istirahıt günləri təyin ediblər. Beləki ,rayon kəndlərində fəaliyyət göstərən bağçalar İcra hakimiyyətinə tabe olmağına,Azərbaycan qanunvericiliyinə uyğun idarə olunmağına baxmayaraq bəzi işbazların qurbanına çevirilib və vətəndaşları narazı salmaqdadır. Sən demə Tovuz kənd sakinləri hələ də baxçanın saat 18:00 qədər körpələrə qayğı göstərməsinin nə olduğunu belə görməyib.
Məlumata görə, bağçalar dövlət hesabına olsa da, körpələrə verilməli olan qidalardan tutmuş, məişət əşiyalarına qədər valideynlərin büdcəsindən təşkil edilir.
Belə olan halda bunun heç uşaq bağçaçası da demək olmaqz. Valideyn evində dayə tutub övladına qulluq etdirirmiş olsa bundan yaxşı olar. Çünki, hər bir xırda detalara qədər xərcləri valideynlər qarşılayır.

Məlumata görə, bütün bağçalarda qanun pozuntuları var və Tovuz rayon icra hakimiyyəti tərəfindən maliyələşən uşaq bağçalarının maliyyəsi də kimlərsə tərəfinfindən mənimsəni,bəzi şəxslərin cibinə gedir.

Məlumatlı mənbənin bildirdiyinə görə, kəndlərdə bağçaların iş rejiminin 9:00 -dan başlması nəzərdə tutulsa da 10:00-dan fəaliyyət göstərir. Avqust ayından isə Tovuz bağçaları qeyri rəsmi olsa da fəaliyyətlərini dayandırıb. Bağça müdirələri və işçiləri valideynlərə bir də bağçaların sentyabrın 15-də işləyəcəyini elan ediblər. Bakunews.az-ın əməkdaşıdünən(17.08.18) Tovuz rayonunda bir neçə kənddə olaraq uşaq bağçasına baş çəkib və bağçaların işləmədiyinin şahidi olub. Düz Qırıqlı kənd körpələr evi-uşaq bağçası, Dönük Qırıqlı, Köhnəqala, Alakol və Əyyublu kəndlərində apardığı müşahidələr deyilənləri təsdiq edib. Ən maraqlısı isə bu gün hakimiyyət dairələrində tanınan şəxslərin bir vaxtlar rəhbər vəzifələrdə olduğu Əyyublu kəndində baş verən qanun pozuntuları olub. Əyyublu kəndində məhz üç ədəd körpələr evi fəaliyyət göstərməkdədir ki, bunlardan heç birinin qapısının açıq olmaması gün ərzində müşahidə edilib. “Əyyublu kənd ”Nərgiz” körpələr evi-, Əyyublu kənd 1№-li körpələr, Əyyublu kənd 2№-li körpələr evin' rəhbərlik edən müdirələr isə göründüyü qədər Azərbaycan respublikasının qanunları çərçivəsində deyil öz istəkləri və himayədarlarının tapşırıqları əsasında fəaliyyətlərini tənzimləyirlər.
Əyyublu kəndində körpələrin bağçaya getməməsinin səbəblərini və Uşaq bağçası və körpələr evinin niyə bağlı olması ilə bağlı xırda bir araşdırmamız zamanı əldə etdiyimiz məlumatlar bizidə şoka yaratdı. Əhalinin bildirdiyinə görə, bağçaçaların fəaliyyət göstərməməsinin əsas səbəblərindən biri kartof yığımına start verilməsidir.
Məsələ ilə bağlı Əyyublu kənd 2№-li körpələr evi-uşaq bağçasının müdirəsi Əkbərova Çimnaz İsrafil qızından münasibət öyrənmək istəsək də təəssüflər olsun ki, müdirə xanım məsələyə aydınlıq gətimək istəmədi. Həmçinin Əyyublu kənd 1 №-li körpələr evi-uşaq bağçasın;n müdirəsi Qurbanova Kəmalə Vaqif qızı və digər bağça müdirələri də iş yerində tapılmadığı üçün münasibət öyrənə bilmədik.
Mövzu qayıdacağıq...

Redaksiyadan: Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq

Bakunews.az

XƏBƏR LENTİ