Putin dolların diktatından qurtula bilərmi? - “Qızıl bankı” qurula bilər

636 28-08-2018, 13:08 dunya

Putin dolların diktatından qurtula bilərmi? - “Qızıl bankı” qurula bilərBu günlərdə qızıla olan tələbat son illərin ən aşağı səviyyəsinə enib.Yalnız Rusiya özünün qızıl ehtiyatlarını artırmaqla məşğuldur. Prezident Vladimir Putin isə öz strategiyasını həyata keçirərkən mümkün risklərin hamısını gözdən keçirmək məcburiyyətində qalıb.

“Vladimir Putin Qərblə münasibəltərin tezliklə düzələcəyinə heç inanmır da… Ekspertlərin hesablamalarına əsasən Kreml qızıl ehtiyatlarını birdən-birə 26,1 ton artırıb”, – Almaniyanın “Die Welt” qəzetindən Holger Sşepits yazır.

Müəllifin fikrincə, bu addım rusların ABŞ dövlət istiqrazlaırını sürətlə satması fonunda olduqca diqqət çəkicidir. Bütün bunlar isə Putinin Ruisya iqtisadiyyatını yeni sanksiylardan qorumaq üçün dollardan imtina etmək istəməsi təsəvvürünü oyadır.

“Putinin özünün strateji planı var. Dollar Rusiyaya qarşı silah kimi istifadə olunduğu üçün Moskva gücü qızıl ehtiyatlarının artırılmasına verib”, - politoloq Ceyms Rikards qeyd edir.
Putin dolların diktatından qurtula bilərmi? - “Qızıl bankı” qurula bilər
“Die Welt”in yazdığına görə, 2008-ci ildən bu yana Rusiyanın qızıl ehtiyatı 457 tondan 1944 tona qədər, yəni 4 dəfə yüksəlib.

“İqtisadi strategiyanı həyata keçirərkən Putin bununla bağlı riskləri göz önünə alır. Çünki qızıl son illərdə pozitiv tendensiya nümayiş etdirmir. Avqustda bir unsiyanın qiyməti 1200 dolların altına düşüb. Təkcə elə bu il qızıl dollarla müqayisədə 9% dəyər itirib.

“Rusiya milli təhlükəsizliyinə təhdid törədən maliyyə böhranının nəticələrini dəf etmək məcburiyyətindədir. Qızıl milli valyuta deyil, ona görə də hər hansı siyasi risk daşımır,” – Con Hopkins universitetindən Stiv Henk rəyini bildirib.

Ekspertin fikrincə, üzərlərində dolların diktatını hiss edən bütün dövlətlər ABŞ valyutasına alternativ axtara bilərlər. Henk Türkiyə, Rusiya və İranın dolların asılılığndan qurtulmaq uğruna hansısa “Qızıl bankı”nı belə qura biləcəkləri ehtimalını dilə gətirib.(musavat.com)

XƏBƏR LENTİ