Tofiq Zülfüqarov:“Rusiya yaxın müddətdə Ermənistandan tam çəkiləcək”

847 8-09-2018, 07:30 siyaset

Tofiq Zülfüqarov:“Rusiya yaxın müddətdə Ermənistandan tam çəkiləcək”Ermənistan və Rusiya arasında yaşanan gərginlik fonunda rəsmi Bakı ilə Moskva arasında əlaqələrin inkişafı Qarabağ probleminin ölkəmizin maraqları fonunda həlli ilə bağlı yeni ümidlər yaratmaqdadır.

Azərbaycanın Rusiya və Ermənistan arasındakı hazırkı gərginlikdən yararlanması mümkündürmü?

Ümumiyyətlə, Rusiyanın Ermənistanın himayəsindən imtina etməsi nə dərəcədə inandırıcıdır?

Moderator.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın Ermənistana olan marağının sürətlə azalmaqda olduğunu təsdiqlədi:

“Artıq Rusiya Ermənistana olan marağı itirir. Rusiyanın bu ölkə ilə bağlı həm iqtisadi, həm siyasi, həm də müdafiə maraqları demək olar ki, yoxdur. Buna dəlalət edən məlumat və bəynatların sayı həddindən artıq çoxdur. Rusiya yaxın müddətdə Ermənistandan tam çəkiləcək. Rusiyanın Cənubi Qafqazda öz maraqları mövcuddur. Bu maraqların böyük bir hissəsi iqtisadi-tranzit maraqlardan ibarətdir. Azəbaycan bu məsələdə Rusiya üçün daha əlverişli partnyordur”.

XƏBƏR LENTİ