Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMA

992 11-09-2018, 16:31 cemiyyet

Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub? - AÇIQLAMAAzərbaycana gələn səkkiz min ərəb turistin QİÇS-ə tutulması həqiqəti əks etdirmir.

Xeberdar.net məlumat verir ki, bunu Oxu.Az-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib.

Onun sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb:

“Bizim könüllü müayinə mərkəzlərinə də müraciət edilməyib. Heç bir ərəbdə QİÇS aşkarlanmayıb. Ümumiyyətlə, İİV-ə yoluxan insanların sayı səkkiz min deyil. Bu, necə ola bilər? Bu cür statistik rəqəmləri nəyə əsaslanıb, yayırlar, bilinmir. Rəqəmlərin haradan götürülməsi, nə dərəcədə düzgün olması araşdırılmayıb. Kimin ağlına nə gəlir, onu da deyir”.

Xeberdar.net

XƏBƏR LENTİ