Ərdoğandan Mərkəzi Banka sərt xəbərdarlıq - “Səbrimin sonu var”

549 14-09-2018, 17:12 dunya

Ərdoğandan Mərkəzi Banka sərt xəbərdarlıq - “Səbrimin sonu var”Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün uçot dərəcəsini 24 faizə çatdıran Mərkəzi Bankın qərarına etiraz edib. Ərdoğan faiz artımının olduqca yüksək olduğunu vurğulayıb:

“İnflyasiya heç bir zaman Mərkəzi Bankın açıqladığı kimi olmayıb. Mərkəzi Bank faiz artımını olduqca yüksək həyata keçirdi. Müstəqilliyin nəticəsini görəcəyik. Bu səbir bir yerə qədərdir.

ABŞ idarəçiliyinin Türkiyə iqtisadiyyatını hədəf alan alçaq hücumu ilə qarşı –qarşıya qaldıq. Avqustda məzənnənin 7 lirəyə yüksəlməsi iqtisadi suiqəsddir. Belə bir nəticə məsələnin siyasi olduğuna işarədir. Türkiyə hüquq dövlətidir, qəbilə dövləti deyil".

XƏBƏR LENTİ