“Onun 3 yerdə evi var, niyə anasına sahib çıxmır?” - Tacir Şahmalıoğlunun dayısı

“Onun 3 yerdə evi var, niyə anasına sahib çıxmır?” - Tacir Şahmalıoğlunun dayısıTanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyevanın yaşadığı mənzildən çıxarıldığı haqda xəbər yayılıb. Qeyd edilir ki, uzun müddətdir məcburi köçkün kimi özgəsinin mənzilini zəbt etmiş Südabə Allahverdiyevaya məhkəmə icraçıları xəbərdarlıq ediblər. Çünki Yasamal Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Qəribədir ki, maddi imkanları və mənzil şəraiti çoxları ilə müqayisədə daha yaxşı olan müğənni Tacir Şahmalıoğlu anası ilə bağlı məsələni susqunluqla müşahidə edir. Onun öz anasını yanında saxlamağa imkanı və yeri yoxdurmu?

Xeberdar.net məlumat verir ki, Modern.az məsələ ilə bağlı Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyevlə əlaqə saxlayıb.

Sənətçinin dayısı Nurəddin Əliyev bacısı oğlunun bu hərəkətindən narazılıq edib:

“Tacirin Bakıda üç evi var. O bizi biabır edir. Nə olar ki, öz anandır də, onu apar yanına, qoy ağbirçək vaxtında rahat yaşasın. Hazırda bacımın yaşadığı ev bir otaqlıdır.

Tacir imkansız deyil, qeyd etdiyim kimi, şəhərin müxtəlif yerlərində bir-birindən yaxşı 3 evi var. Mənim mövqeyim odur ki, Tacir heç kimə müraciət etməməlidir, anasını aparmalıdı yanına. Onun keçmiş Razin, indiki Bakıxanov qəsəbəsində villası da var. Tacir niyə utanmır? Niyə belə imkanları olan şəxsin anası “Qaçqınkom”a müraciət etməlidir? Tacir öz anasının yaşaması üçün şərait yaratmalıdır”.

“Onun 3 yerdə evi var, niyə anasına sahib çıxmır?” - Tacir Şahmalıoğlunun dayısı

  • 15-09-2018, 10:01
  • 870


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. “ABŞ Türkiyəyə qarşı sanksiyaların bütün variantlarını araşdırır” –ABŞ Dövlət katibinin köməkçisi
  3. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  4. Goranboyda itlərinə toy edən sahibkarın başı dərddə
  5. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  6. “Kişi ilə yaşayır, “ərə getmişəm” deyir” - Aktrisa həmkarına söz atdı
  7. “Onun bir səhvi var idi – mənim kadrım olmağı…” – İlyas İsmayılov öldürülən keçmiş məhkəmə sədrində danışdı
  8. Nuru Paşanın yavəri...
  9. Sabiq məhkəmə sədri güllələndi
  10. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI