Etimad Əsədov vəfat etdi

1 184 16-10-2018, 09:45 gundem

Etimad Əsədov vəfat etdiBu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib.
Bu barədə Xeberdar.net-ə onun döyüşçü dostları xəbər verib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Ehtimad Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə Erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədridir.

Ali təhsillidir.

Ailəli idi.

Allah Rəhmət eləsin!

XƏBƏR LENTİ