Buzovnada evə basqın: Maskalılar 82 yaşlı qadını... - Dəhşət

684 17-10-2018, 13:44 kriminal

Buzovnada evə basqın: Maskalılar 82 yaşlı qadını... - DəhşətBakının Xəzər rayonunda yaşayış evinə basqın olub.

Belə ki, oktyabrın 16-da, saat 18 radələrində Buzovna qəsəbəsində 82 yaşlı qadının evinə iki nəfər maskalı şəxs girib.

Onlar Bakı şəhər sakini olan 82 yaşlı qadın döyərək evdən 1000 manatını və mobil telefonunu apardılar.

Yaşlı qadın baş verən quldurluq hadisəsi ilə bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə müraciət edib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.

XƏBƏR LENTİ