ABŞ mafiya başçsının yerini deyənə 10 milyon dollar vəd edir –Ədliyyə naziri açıqlama yaydı

597 18-10-2018, 10:13 dunya

ABŞ mafiya başçsının yerini deyənə 10 milyon dollar vəd edir –Ədliyyə naziri açıqlama yaydıBirləşmiş Ştatlar Meksikanın “Jalisco Nueva Generacion” (Haliskonun Yeni Nəsli) və ya “CJNG” cinayətkar qrupuna qarşı əməliyyat planını açıqlayıb. Qrup narkotik maddə ticarəti, işgəncə və qətl daxil olmaqla, müxtəlif cinayətlərdə ittiham edilir. ABŞ Baş prokuroru Cef Seşşins çərşənbə axşamı Ədliyyə Nazirliyində etdiyi çıxışında “CJNG”-nin 15 nəfər yüksək səviyyəli liderinə, onları maliyyələşdirənlərə, narkotik maddə qaynaqları və alverçilərinə qarşı ittiham irəli sürüldüyünü deyib.

Qrupun baş qərargahı Meksikanın qərb ştatı Haliskoda yerləşsə də, qrupun ölkə boyu, eləcə də Birləşmiş Ştatlarda, Avropada, Avstraliyada və Asiyada şəbəkələri fəaliyyət göstərir. ABŞ-ın baş prokuroru Ceff Seşşins: “Biz Holiskodakı bu kartelin dünya boyu beş ən təhlükəli cinayətkar dəstələrdən biri olduğunu və bunun bəşəriyyətə böyük təhlükə olduğunu düşünürük”.

“CJNG”-yə El-Menço kimi tanınan Nemesio Osequara Cervantes başçılıq edir. Birləşmiş Ştatlar onun həbs edilməsi üçün yerini deyənə 10 milyon dollar vəd edib. “Biz “CJNG”-yə başçılıq edən ata və oğulu ittiham edirik. El Meço kimi tanınan ata narkotik qaçaqmalçılığı ilə məşğuldur. O, Maliyyə Nazirliyi tərəfindən əsas fiqur kimi təsdiqlənib” deyə, Ceff Seşşins bildirir.

Seşşins Ədliyyə Nazirliyinin narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan və amerikalılar üçün təhlükəli olan beynəlxalq cinayərkar dəstələri hədəf alacaq beş hərbi dəstə hazırladığını deyib. “”MS-13”, “Sinaloa” karteli, “Clen del Qolfo”, “Hizbulla və “Jalisco Nueva Generacion”. “CJNG” Meksikadakı kartellərdən ən güclüsü və ən böyüyüdür”.
\ABŞ mafiya başçsının yerini deyənə 10 milyon dollar vəd edir –Ədliyyə naziri açıqlama yaydı
Ədliyyə Nazirliyi cinayətkar qruplaşmalara qarşı mübarizədə Biləşmiş Ştatlar boyu hüquq-mühadizə agentlikləri və digər ölkələrin hökumətləri ilə birlikdə işləyir. Beynəlxalq Narkotiklə Mübarizə və Hüquq-Mühafizə Orqanından Kristen Medison: “Dövlət Departamenti dünya boyu beynəlxalq əməkdaşlıq əlaqələri qurur və Meksika kimi ölkələrdə narkotik maddə qaçaqmalçılığının qarşısının alınması üçün təşkilatçılığı möhkəmləndirir”.

Birləşmiş Ştatların hüquq-mühafizə rəsmiləri deyir ki, hər iki ölkədə narkotik maddə cinayətkarlığı ilə mübarizədə Meksika hökuməti ilə birlikdə işləmək vacibdir.

(Amerikanın Səsi)

XƏBƏR LENTİ