Obyektdə dönərxana üçün nəzərdə tutulmuş qaralmış farş, çürüməkdə olan çəkilmiş toyuq və digər ət məhsulları aşkarlanıb

951 24-10-2018, 13:15 cemiyyet

Obyektdə dönərxana üçün nəzərdə tutulmuş  qaralmış farş, çürüməkdə olan çəkilmiş toyuq və digər ət məhsulları aşkarlanıbQida Təhlükəsizliyi Agentliyi Xətai rayonu Məhəmməd Hadi küçəsi 73 ünvanında dönər üçün nəzərdə tutulmuş ət emalı sexində qanunsuzluq aşkarlayıb.

Xeberdar.net ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı obyektin nə sanitar-gigiyenik qaydalara cavab verməsi, nə də toyuq və digər ət məhsullarının mənşəyi məlum olub.

Qaralmış farş, çürüməkdə olan çəkilmiş toyuq və digər ət məhsulları...

AQTA-nın Bakı şəhər idarəsinin sektor müdiri Nizami Zeynalov məsələ barədə danışıb:

“Özünü sahibkar kimi təqdim edən Qasımov Eldar Cavanşir oğlu müəssisədə heç bir zəruri sanitar-gigiyenik tələblərə uyğun olmadan mənşəyi məlum olmayan toyuq və mal ətini sümükdən ayıraraq, ondan farş və kiçik hissələrdə ət məhsullarını dönər satışı məntəqələrinə paylayırdı”.

Qasımov Eldar Cavanşir oğluna məxsus sexdən laborator müayinələr üçün nümunələr götürülüb.

AQTA-nın Bakı şəhər idarəsinin rəisi Əkbər Əliyev müəssisənin fəaliyyətinin dayandırılacağını bildirib:

“Hal-hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti dayandırılacaq. Tərəfimizdən möhürlənəcək, hüquqi qiymətin verilməsi üçün aidiyyəti orqanlara göndəriləcək”.

Ən maraqlısı, obyektin adıdır. İşbazlar buranın gözəllik salonu olduğunu göstərən reklam lövhəsi ilə izi azdırmağa çalışıblar.

XƏBƏR LENTİ