Avropa Şurasının sədri jurnalistin öldürülməsi ilə bağlı detalların aydınlaşdırılmasına çağırıb

709 24-10-2018, 13:27 dunya

Avropa Şurasının sədri jurnalistin öldürülməsi ilə bağlı detalların aydınlaşdırılmasına çağırıb“Camal Qaşıqçının qətlinin bütün detalları, bunun arxasında kimin dayanmasından asılı olmayaraq, aydınlaşdırma tələb edir”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Şurasının sədri Donald Tusk Avropa Parlamentinin iclasında çıxış edərkən deyib.

D.Tuskun sözlərinə görə, bu işdə Avropa İttifaqının institutları şübhəli xarakterli heç bir siyasi oyuna cəlb edilməməlidir.

Xatırladaq ki, səudiyyəli jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Xeberdar.net

XƏBƏR LENTİ