Soçi su altında QALDI: ölənlər və itkin düşənlər var - ŞOK GÖRÜNTÜLƏR - VİDEO)

627 25-10-2018, 18:06 dunya

Soçi su altında QALDI: ölənlər və itkin düşənlər var - ŞOK GÖRÜNTÜLƏR - VİDEO)Güclü leysan yağışları nəticəsində Rusiyanın Soçi şəhərində həyat iflic olub.

Xeberdar.net Rusiya KİV-inə istinadən xəbər verir ki, Soçinin yerləşdiyi Krasnodar vilayətində 2 minə qədər ev dağılıb.

Təbii fəlakət nəticəsində iki nəfər həlak olub, daha biri itkin düşüb. Regionda ən yaxın iki gündə tufan xəbərdarlığı verilib. Soçinin Lazarev rayonunda Makopse çayı üzərindəki körpü uçub.

Rusya KİV-lərinin yazdığına görə, şəhər demək olar ki, su altındadır. Şəhərin küçələrində yüzlərlə avtomobil tərk olunmuş vəziyyətdədir. Sürücülərdən şəxsi nəqliyyatda səfərlərdən imtina etməyi xahiş edirlər. İctimai nəqliyyatın hərəkətində isə ciddi problemlər yaranıb.

Xeberdar.net

XƏBƏR LENTİ