HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)

997 12-11-2018, 13:01 kose / siyaset / gundem

HÜSEYN  CAVİD   İNSAN   HAQQINDA  ( Üçüncü yazı)


Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
f.ü.f. dok-oru, Qabaqcıl Maarif Xadimi.



Ətrafda baş verən hadisələr nəticə etibarilə insan əməllərinin məhsuludur. Bunları görən Cavid əfəndinin əsbləri tarıma çəkilərək az qala idrakdan məhrum olsun. Şair heyrət və təəccüb içərisindədir : axı bunlar insana nə üçün lazımdır? Bu insanlar bir-birindən nə istəyirlər? Məgər insanın yaşamasında məqsəd budur?



Könüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər qan,
Dənizlər qan, buludlar qan, iştə hər yer qan..
Böyük başlar dumanlanmış da, atəş pöüskürür hər an,
Qılınclar, süngülər, toplar, tüfənglər gurlayıb parlar,
Nə istər bir-birindən anlaşılmaz sayğısız insan?
Olur məmurələr viran, qopar atəşli tufanlar,
Fəqət bunlar, bu vəhşılər, bu dəhşətlər neçin, bilməm.

Gördüklərinin mahiyyətini anlamaqda çətinlik çəkən və dərin xəyal içərisində çırpınan şairin qulağına bir səs gəlir. Bu səs sanki baş verən hadisələrin səbəbini, nəticəsini, məzmun və mahiyyətini şairə anladır:
Bu qızğın seyhə guya gurlayıb söylədi:Ey qafil!
Fəlakətsiz səadət, qayğısız rahət deyil qabil.
Əmin ol, nerdə birlik varsa, mütləq orda qovğa var.
Bu bir qanuni-hikmət, sirri-xilqətdir ki, məhv olmaz,
Basıb-kəsmək, yaxıb-yıxmaq azalmaz, daima artar,
Bu bir bazuşeyi-qüdrət ki, bundan kimsə qurtulmaz.
Çalış həp qalib ol, mərd ol! Bu aydın bir həqiqətdir;
Cahan bir nazənin dilbər ki, yalnız mərdə qismətdir.

Məsələ bir qədər aydınlaşır:insan azad, xoşbəxt və sərbəst olmalıdır. Bu, ümumiyyətlə, insanın təbii arzusu və istəyidir. Lakin insan buna asanlıqla nail ola bilirmi? Azadlıq, bərabərlik, xoşbəxtlik kimi böyük nemətlər süngülər, qılınmclar, toplar, tüfənglər əhatəsindədir. Bunları əldə etmək üçün həmin sədləri, maneələri dağıtmalı, ölümlə üzbəüz dayanmalısan. Yoxsa sənə təbiətin bəxş etdiyi bu qiymətli nemətləri həmcinsin olan insanlar verməyəcəklər.
HÜSEYN  CAVİD   İNSAN   HAQQINDA  ( Üçüncü yazı)
Səadət, rahat həyat fəlakətsiz, əziyyətsiz mümkün deyil. Azad olmaq istəyirsənsə, vuruşmalı, çarpışmalı, üurban verməlisən. Səadət, xoşbəxtlik çalışmaqda, vuruşmaqdadır. Yalnız mərdlər, cəsurlar öz istəklərinə nail ola bilərlər. Deməli, Cavid insanları həmişə ucalmağa, öz ulu, şərəfli adını alçaqların xəyanətindən, haqsızların hücumundan qorumağa, hünər sahibi, qorxmaz, yenilməz olmağa çağıraraq göstərir ki, insanlar öz ləyaqətləırini, qiymətlərini o zaman mühafizə edə bilərlər ki, aralarında birlik, ideya və məqsəd yaxınlığı olsun. “ El bir olsa, dağ oynadar yerindən, güc bir olsa, zərbi kərən sındırar” demişlər.
Bəli, güc birlikdədir. Elə bu fikrin özü Hüseyn Cavidin insana baxışını, münasibətini aydınlaşdırmaq üçün müəyyən əsas verir. İnsan yalnız birlik olan yerdə hər şeyə qadirdir.
Humanist şair qan tökməyi vəhşi heyvanların təbiətinə xas olan bir hal kimi qiymətləndirir və insanı belə alçaq hərəkətlərdən çəkindirir. Lakin insanların zalım və məzlum olmaq etibarilə iki zidd cəbhəyə ayrıldığını, birinin digəri tərəfindən məhrumiyyətlərə düçar olunduğunu, haqqının tapdalandığını görəndə əzilənləri öz hüquqları uğrunda vuruşmağa, mübarizəyə səsləyir və buna haqq qazandırır. Hüseyn Cavidin son qənaəti belədir:
Hürriyyət elə bir nazlı afət ki, pək vəqur,
Qan axmadıqca, kimsəyə gülməz o şıvəkar.

Azadlıq və insan! Bu adlar bir-birini tamamlayır, müəyyənləşdirir, biri o birinə qüvvət verir, məna dəyərini artırır. Azadlıq yalnız insana xasdır, insanın insanlıq kimi uca adı ancaq azadlıqda özünü doğörulda və yaşada bilər.
Şairə görə, yersiz məğrurluq, təkəbbürlülük, özünü başqalarından daima üstün tutmaq fikri insanları alçaldır, omların mənəviyyatını ləkələyir, yersiz söz-söhbətə, umu-küsüyə səbəb olur. Ali insan o şəxsdir ki, yaşamağa qabil olsun, təkcə özünü yox, başqalarını da düşünsün, öz həmcinsinin özündən yüksək səviyyəyə qalxmasına səy göstərsin, paxıllıqdan uzaq olsun, başqalarının halına acısın:
İnsanların məncə, ən uğurlusu
“Yaşatmaq” zövqünü duyan kimsədir.
Heç bir şərəf verməz xudkamlıq sənə,
Yüksəlmək istərsən-acı düşmənə

Qüdrətli sənətkar insanın meymundan əmələ gəlməsini , insanın yonulmuş meymun olması fikrini həqiqətə az uyğun gələn bir fikir adlandırır. İnsanda olan parlaq zəka qarşısında heyrət edən şair yazır:
Deyirlər insan yomulmuş meymundur,
Bu söz həqiqətə pək az uyğundur.
İnsan yonulmuş bir heyvan olsa da,
Endirilməz heç ondakı zəka
O, yalnız düşünməz, düşündürü də,
Kəşf edir gündə bir qaranlıq pərdə.
Hər gün beynində bir yıldırım çaxar,
Dilərsə, bir anda bir cahan yıxar.
İnsan çox tühafdır, o hər şey yapar,
Onda yaşamaq da, yaşatmaq da var.
“Yaşatmam, yaşaram” deyən səfillər
Qan içən vəhşilər yolunu izlər.
Sən nə mələksən, nə də qaplansan:
Nə gülsən, nə tikən..yalnız insansan.
Çalış parla, yüksəl!Unutma ancaq,
Yaşamaq bir haqsa, yaşatmaq da bir haqq.

Hüseyn Cavid insanlara xitab edərək deyir ki, sizə verilmiş qeyri-müəyyən ömrü, həyatı mənalı, xoş keçirmək lazımdır. O, həyatla ölümü müqayisə edir. Yeri gəldikdə, ölümün həyatdan çox yüksəkdə durduğunu, insana şərəf gətirdiyini söyləyir. Mənalı ölüm mənasız həyatdan qiymətlidir, -deyir . Mövcudluğu ilə heç kəsin diqqətini cəlb etməyən, heç yerdə tanınmayan insan, bəzən öz ölümü ilə əbədiləşir, ümumxalq məhəbbəti qazanır, milyonlara örnək olur. Belə ölümü şair, M.Hadi kimi, alqışlayır, bu cür ölümü sərsəri həyatdan yüksək tutaraq yazır:
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də ləzzətli.
Yaşamaq da xoşdur, ölmək də xoşdur,
Qayəsiz həyatda ölüm də boşdur.
Matəmlərə boğma sisli ömrünü,
Çalış da xoş keçir bu üç-beş günü.
Böyük bir eşq üçün lazım gələrsə,
Nəfsinə xor baxan bir qəhrəman ol!
Haqq üçün başından keçən insan ol!
Bəxtiyarsan, əgər çəkdiyin əmək
Cahan sərgisinə versə bir çiçək.

Hüseyn Cavid “ çalış da xoş keçsin bu üç-büş günü” fikrini söyləməklə, insanın dəbdəbəli, zəngin həuyat sürməyə, dünyanın bütün nemətlərindən istədiyi kimi istifadə etməyə, öz şəxsi mənafeyini güdməyə çağırmır. İnsan ömrü, onun həyatı o zaman mənalı, qiymətli ola bilər ki, həmin ömrün müəyyən hissəsi cəmiyyətin qayğılarını təmin etməyə, onun inkişaf yolu üzərində mövcud olan maneələri aradan qaldırmağa, cəmiyyətin azadlığı, xopşbəxtliyi uğrunda mübarizəyə sərf edilmiş olsun. Öz bəxtiyarlığını , öz nəfsini güdənlər şərəfli insan adına layiq ola bilməzlər.
Vətən və xalq məhəbbəti ilə alovlanıb yanmayan bir ürək insan köksünə yapışdırılmış buz parçasından başqa bir şey deyildir. Böyük bir eşq üçün lazım gəldikdə nəfsini cilovlamağı bacarmayan şəxs, şairə görə, insan adlana bilməz, o şərəfli, uca adı daşımağa layiq deyil.
Hüseyn Caviddə insan hər hansı ölçüyə gələn adi bir anlayış, adi bir varlıq deyil, insanın qiymət meyarıçox-çox böyuükdür. Əgər insan anlamını Hüseyn Cavidin meyarı ilə təyin etməyə çalışsaq, o zaman böyük çətinliklərlə qarşılaşmalı oıarıq.. Hüseyn Cavidin arzuladığı insan elə yüksək iradi və əxlaqi keyfiyyətlərə malikdir ki, bu gün biz həmin keyfiyyətləri Cavidin dərk etdiyi şəkildə qəbul etmək səviyyəsinə yüksələ bilməmişik
“ Ana” dramındakı ana-Səlma bu gün belə heç bir anada görə bilmədiyimiz ən yüksək insani keyfiyyətlərə malikdir. Heç kim övladının qatilinə rəhm edib, onu mühafizə və müdafiə etməz, əksinə, ondan amansız və dəhşətli intiqam alar, övlad dağının sızıltısından qovrula-qovrula onu dişləri ilə parçalayar. Lakin Səlma ana bütün analara xas olan bu intiqam hissinə üstün gəlir, ondan aman istəyən gəncin oğlu Qanpoladın qatili olduğunu biləndən sonra da onda öz iradəsinin, öz əvvəlki münasibətinin ziddinə getmək meyli baş qaldırmır.
Vüqarlı və həmişə alicənab olmuş ata-babalarımızın “ Qonaq kafir olsa da, ona hörmət lazımdır” kəlamına ehtiram əlaməti olaraq Səlma qaçmağa hazırlaşan və onunla qarşılaşan Murada (oğlunun qatilinə) deyir:
Qonaq qardaş, dur!Təlaş etmə sən,
Qorxma, bir zərər gəlməz sənə məndən.
Amandasan, heç qorxma, heç sıxılma!
Çünki mən əvvəldən söxz verdim sana.
Sən bir qonaqsan, qatil olsan belə,
Səlma həlak olar daverməz ələ.

İnsan nə qədər böyükgeniş bir ürəyə, möhkəm iradəyə, dözümə, səbrə malik olmalıdır ki, övlada olan məhəbbət hissinə qalib gəlsin, intiqam hissi iləalışıb yanan bir qəlbi söndürə bilsin !? Elə insanlıq da budur, ucalıq da!
Ana ülvidir, ana müqəddəsdir! Bu ülvilik, bu müqəddəslik övlada məhəbbətdən, qayğıdan, ürəkdən irəli gəlir. Təbiət də anadır - ən böyük ana!O da övladını isti qoynunda bəsləyir, böyüdür. Lakin ana təbiət bəzən onun iradəsinin ziddinə çıxan, mərhəmətini, qayğısını unudan övladını elə möhkəm cəzalandırır ki, sonra “peşiman” da olmur. Bəs insan ana nə üçün bu qədər alicənab, rəhmdil, bağışlayan olur ? Onun zəhmətini, qəlbinin müqəddəs hisslərini tapdalayanları, böyük arzularını gğzündə qoyanları əfv edir?
Çünki insan ananın köksündə yumruq boyda “ürək” adlı bir şey vardır. O, hər şeyə qadirdir: bağışlamağa da, cəzalandırmağa da! Əsil insan səviyyəsinə yüksələnadamlarda bu ürək yalnız mərhəmət, şəfqət və məhəbbət hissi ilə döyünür. Hüseyn Cavidin yaratdığı Səlma obrazı da belə ürəyə malik əsil anadır. Ondakı məırhəmət hissi bütün bəşəri hisslərdən üstündür və güclüdür. O, oğlunun qatilini nəinki özü cəzalandırmır, hətta, başqalarının da ona ziyan verməsini istəmir:
Gəl, heç qəm etmə, gəl!Bax, iştə bir yol,
Düz, qorxusuz bir dərədi, əmin ol!
Burdan çıxar bir köyə, həm çox sürməz,
Sağ qurtulub fedərsən, kimsə görməz.

Hüseyn Cavid istəyirdi ki, insanlar ağıllı, savadlı, qarxmaz, paxıllıqdan, təkəbbürdən, yaltaqlıqdan, məddahlıqdan, hiyləgərlikdən uzaq, səmimi, mehriban, səxavətli, möhkəm iradəli, mətin, dar gündə bir-birinə yardım edən, vətənpərvər, insanpərvər, haqsızlığa, zülmə qarşı barışmaz, dostluqda möhkəm olsunlar. Ona görə də yaradeıcılığında belə mövzulara daha çox diqqət yetirirdi.

XƏBƏR LENTİ