Putin bu gün Türkiyəyə səfərə gedir –Kreml açıqlama yaydı

Putin bu gün Türkiyəyə səfərə gedir –Kreml açıqlama yaydısize=3]Bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Bu barədə Kreml başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Rusiya dövlət başçısı “Türk axını” layihəsinin başa çatması ilə bağlı təşkil ediləcək mərasimdə iştirak etmək üçün İstanbulda səfərdə olacaq. Putin səfər çərçivəsində həmkarı Rəcəb Tayyip Ərdoğanla da görüşəcək. Qeyd edək ki, “Türk axını” boru kəməri Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. Qaz nəqli 2020-ci ildə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

Putinin bu səfəri bir tədbir çərçivəsində nəzərdə tutulsa da, çoxsaylı müzakirələr doğurub. Xüsusilə, son vaxtlar gündəmə gələn Türkiyənin Rusiyadan almağa hazırlaşdığı “S-400″lərdən imtina edə biləcəyi barədə xəbərlər məsələni bir daha aktuallaşıb. Bundan əlavə, Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Güləni ABŞ-ın Türkiyəyə ekstradisiya edəcəyi, hətta Ağ Ev sahibi Donald Trampın bununla əlaqədar xüsusi göstəriş verməsi barədə xəbərlər də müzakirələrə çevrilib. Ekspertlər Gülən ekstradisiyasının baş tutacağı təqdirdə Türkiyə-Amerika münasibətlərinin müsbətə doğru sürətlə dəyişəcəyini və bunun Rusiya-Türkiyə münasibətlərində izsiz ötüşməyəcəyini qeyd edirlər.

Xeberdar.net

Putin bu gün Türkiyəyə səfərə gedir –Kreml açıqlama yaydı

  • 19-11-2018, 10:30
  • 162


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  6. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  7. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  8. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  9. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
  10. Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI