“Aprel Mesajı” sənədli filiminin təqdimatı keçrildi

“Aprel Mesajı” sənədli filiminin  təqdimatı keçrildi

Bu gün, noyabır ayının 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə “Aprel mesajı” mövzusunda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universiteti tələbələri arasında esse müsabiqəsinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanan “Aprel Mesajı” sənədli filiminin təqdimat tədbiri keçrildi. Təqdimat tədbiri Sumqayıt şəhərində yerləşən N.Nərimanov adına Mədəniyyət Mərkəzində təşkil olunmuşdu. Tədbiri Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri, “Aprel Mesajı” sənədli filiminin senari müəllifi Gəray Əlibəyov açaraq bildirdi ki, filim 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan uğurlu hərbi əməliyatların Azərbaycan və Ermənstan cəmiyyətlərindəki əks sədasını və Azərbaycan ordusunun hərbi və psixoloji üstünlüyünü nümayiş etdirən kadırlarla zəngindir. Gəlin birlikdə filmə baxaq və sonra müzakirələrimizi davam etdirək. On beş dəqiqəlik filim, izləyicilərin böyük alqışı ilə qarşılandı. Sonra söz Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımova verildi. Fərman müəllim də öz növbəsində belə bir filmin araya ərsəyə gəlməsində xidməti olan hər kəsə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, həqiqətəndə aprel döyüşləri sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri düşməni məhf etməyə qadirdi və çox peşəkardı. Sonra söz “Aprel Mesajı” sənədli filiminin eksperti, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevə verildi. Mehdi müəllimdə Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlığı ilə yanaşı o zaman Azərbaycan cəmiyyətinin hadisələrə yanaşması haqqında danışaraq bildirdi ki, həqiqətən aprel döyüşləri sübut etdi ki, xalqımız birinci Qarabağ savaşının məğlubiyyətlə yekunlaşması ilə barışmaq istəmir və elə ilk fürsətdəcə öz torpaqlarını işğaldan azad etmək əzmindədir. Növbəti çıxışçı Qarabağ qazisi, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənovda bildirdi ki, aprel döyüşləri ermənilər üzərində qazanılan təkcə hərbi deyil, eyni zamanda mənəvi psixoloji qələbəmizdir. Bu filimə baxarkən çox açıq aydın görmək olur ki, aprel döyüşləri ərəfəsində və ondan sonrakı günlər Azərbacan cəmiyyətin əhval ruhiyyəsi nədi Ermənstan cəmiyyətinin əhval ruhiyyəsi nədir. Sonda Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin sədri Səidə Bahadur qızı çıxış edərək, “Aprel Mesajı” sənədli filiminin araya ərsəyə gəlməsinə görə maliyyə təstəyi verən Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, təqdimat tədbirinin keçrilməsinə şərait yaratdığına görə Sumqayıt şəhər İcra Hakimiyyətinə, filimin yaradıcı heyətinə və izləyicilərə öz dərin təşəkkürünü bildirdi.

P.S. "Aprel Mesajı" sənədli flimi yaxın günlərdə "youtube" yüklənərək sosial şəbəkələrdə yayımlanacaqdır.

Xeberdar.net

“Aprel Mesajı” sənədli filiminin təqdimatı keçrildi

  • 23-11-2018, 18:10
  • 223

Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI