Nazirlik sellofan torbaların pullu olmasına aydınlıq gətirdi –AÇIQLAMA

Nazirlik sellofan torbaların pullu olmasına aydınlıq gətirdi –AÇIQLAMA“Araşdırmalar göstərir ki, plastik torbaların ödənişsiz paylanmasının qarşısı alınan ölkələrdə istifadə 90-92 faizə qədər aşağı düşüb”

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

ETSN rəsmisi bildirib ki, hazırda marketlərdə plastik torbalar ödənişsiz olduğu üçün insanlar məhsulları bir neçə sellofan torba ilə evə aparırır. “Mərhələli şəkildə plastik torbalardan istifadənin məhdudlaşdırılması həyata keçiriləcək. İlk öncə maarifləndirmə tədbirləri aparmalıyıq”.

U.Tağıyevanın sözərinə görə, plastik torbaların ödənişli olması gələn il daxil olan kimi tətbiq edilməyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevin fikrincə, plastik torbalardan istifadənin ödənişli olması o demək deyil ki, qərar tezliklə veriləcək.

“Biz plastik torbaların istehlakçıları ilə müzakirələr aparırıq və qiymətləndirmə edəcəyik. Ödəniş məsələsi plastik torbaların məhdudlaşdırılması tədbirlərindən biridir. Parça torbaların istifadə olunması, onların ölkəyə daxil olması üçün gömrük güzəştlərinin edilməsi və digər məsələlər nəzərdə tutulur ki, bazada bu torbalardan istifadə stimullaşdırılsın”.

Nazirlik sellofan torbaların pullu olmasına aydınlıq gətirdi –AÇIQLAMA

  • 30-11-2018, 17:06
  • 64


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI