PREZİDENT TAMERLAN QARAYEVİ GERİ ÇAĞIRDI –Litvaya yeni səfir göndərdi

791 13-12-2018, 19:13 cemiyyet

PREZİDENT TAMERLAN QARAYEVİ GERİ ÇAĞIRDI –Litvaya yeni səfir göndərdiPrezident İlham Əliyev bu gün daha iki sərəncam imzalayıb.

Xeberdar.net məlumat verir ki, sərəncama əsasən, Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xeberdar.net

XƏBƏR LENTİ