Çin mallarının ucuzluğunun bir səbəbi üzə çıxdı- Uyğur türklərini qul kimi işlədirlər...

855 24-12-2018, 10:15 dunya

Düşərgələrdəki 1 milyona yaxın müsəlmanı öz dil, din və mədəniyyətlərindən üz döndərməyə məcbur edirlər.
Xarici mətbuat bir araşdırma nəticəsində Çin paltarlarının kölə edilmiş müsəlman türklər tərəfindən tikildiyini müəyyən edib.
Moderator.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri yazıb. Sözügedən amil Çin mallarının ucuzluğunun səbəblərindən biri kimi də təsbit edilib.
Çin mallarının ucuzluğunun bir səbəbi üzə çıxdı-  Uyğur türklərini qul kimi işlədirlər...
Məlum olub ki, "yenidən tərbiyə" proqramı çərçivəsində Çin Xalq Respublikası ərazisindəki müsəlmanlar tamamilə pulsuz işlədilirlər. Bu proqram Çin rəhbərliyi tərəfindən təqdim edilib və Pakistanla sərhəddə yerləşən Sintzyan vilayətində yaşayan müsəlmanların dinini zorakı metodlarla dəyişməyi, onlara kommunism-marksizmə dayanan ateizm – allahsızlıq aşılamağı nəzərdə tutur.

Jurnalist təhqiqatı zamanı Sintzyan ərazisində onlarla silahlı zabit tərəfindən nəzarət edilən bir zonanın mövcud olduğu müəyyən edilib. Bağlı qapılar arxasında kişi və qadınlar tekstil və qida sənayesi müəssisələrində çalışırlar. Bəzi təxminlərə görə, düşərgələrdə təxminən 1 milyona yaxın müsəlman türk yerləşdirilib. Onları öz dillərindən, dinlərindən və mədəniyyətlərindən üz döndərməyə məcbur edirlər.

Çində belə yerləri "təlim mərkəzləri" adlandırırlar. Oralarda müsəlmanlara pulsuz təhsil təklif edirlər. Həmçinin, hakimiyyət orqanları qeyd edirlər ki, bu mərkəzlərdə olan insanlar peşə ixtisası almağa dair müqavilələr imzalayırlar.

Bununla belə, xarici mətbuat həmin düşərgələrin adi qul əməyinin dəhşətli şəraitdə istismarına xidmət etdiyini bəyan edir.

Sultan Laçın

XƏBƏR LENTİ