Komitə sədrinin müavini intihar etdi

1 255 31-12-2018, 00:36 gundem

Komitə sədrinin müavini intihar etdiNaxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov öüzünü güllələyib.

Təxminən 15 gündür mütəmadi olaraq istintaqa çağırılan və ciddi psixoloji təzyiq altında olan M.Seyidov odlu silahdan açdığı atəşlə həyatına son qoyub. Belə ki, M.Seyidov Şərur rayonunun mərkəzində odlu silahla özünə atəş açıb.

Onun cənazəsi dəfn olunmaq üçün Bakıya gətirilir.

Xatırladaq ki, əvvəllər Sədərək gömrüyünün rəisi vəzifəsində işləmiş M.Seyidov Türkiyədə məşhur həbs olayından sonra vəzifəsinə qayıtsa da, 2017-ci ilin iyun ayında vəzifəsindən uzaqlaşdırılmış, bir neçə aydan sonra Gömrük Komitəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, təxminən 1 ay əvvəl - noyabrın 26-da Naxçıvan MR Gömrük Komitəsinin sədri Asəf Məmmədov gözlənilmədən vəzifəsindən azad olunandan sonra GK rəhbərliyinin fəaliyyəti dərindən təftiş olunmağa başlayıb. /BakuPost/

XƏBƏR LENTİ